Nöqtələr
◘Ayənin özünə və onun nüzul şəni haqqındakı məlumatlara görə, bəzi zəif imanlı müsəlmanlar və bəzi müşriklər peyğəmbərə yersiz və məntiqsiz suallar verirdilər. Məsələn, ondan istəyirdilər ki, Allah tərəfindən bir namə gətirsin. Ondan çaylar axıtmasını tələb edənlər də vardı. Bəni-İsrail kimi deyirdilər ki, Allahı bizə aşkar göstər, Onu görüb iman gətirək!
◘Peyğəmbərin haqlı olduğunu göstərmək üçün möcüzəyə və höccətin tamamlanmasına ehtiyac var. Amma hər yoldan ötənin istəyini yerinə yetirmək düzgün deyil. Bir mühəndis və ya rəssam öz məharətini göstərmək üçün işlərindən bir neçə nümunə təqdim edir. Amma hər yoldan ötən üçün əsər yaratmağa zərurət yoxdur.
◘Peyğəmbərlərin tarixini və onların rastlaşdıqları çətinlikləri bəyan etməkdə məqsəd İslam peyğəmbərinə təsəlli verməkdir. Peyğəmbərə bildirilir ki, əvvəlki peyğəmbərlərə də belə yersiz istəklərlə müraciət olunmuşdur.
Dostları ilə paylaş: |