Bildirişlər
1. Quranda namaz göstərişi, adətən, zəkat göstərişi ilə yanaşı bəyan olunmuşdur. Yəni Allahın zikri xalqa diqqətlə müşayiət olunmalıdır.
2. İnsanın əməlləri qiyamət səhnəsinə onun özündən qabaq daxil olur.
3. Xeyir işin miqdarı, kəmiyyəti əsas deyil. Hər kəs öz gücü həddində xeyir iş görməlidir.
4. Xeyir işlər qiyamət üçün hifz olunar.
5. İlahi hüzura və qiyamətdəki mükafata iman saleh əməlin ən möhkəm amillərindəndir.
111. ﴿وَقَالُواْ لَن يَدْخُلَ الْجَنَّةَ إِلاَّ مَن كَانَ هُوداً أَوْ نَصَارَى تِلْكَ أَمَانِيُّهُمْ قُلْ هَاتُواْ بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ﴾
“Dedilər: Yəhudi və məsihi olmayınca heç kim behiştə daxil olmaz. Bu, onların arzusudur. De ki, əgər doğru deyirlərsə, öz dəlillərini gətirsinlər.”
Dostları ilə paylaş: |