Bildirişlər
1. Dini qürur səbəbindən özlərini üstün irq və behişti özlərinə aid bildilər.
2. İmtiyaz istəyi və özünü üstün bilmək xam və puç arzulardandır.
3. İstənilən bir dəlilsiz iddia qəbuledilməzdir.
4. Hər bir inanc dəlilə əsaslanmalıdır. Quran bütün mövzuları dəlil əsasında bəyan etmişdir. Müxaliflərdən də eyni üsulla hərəkət etmək tələb olunur.
112. ﴿بَلَى مَنْ أَسْلَمَ وَجْهَهُ لِلّهِ وَهُوَ مُحْسِنٌ فَلَهُ أَجْرُهُ عِندَ رَبِّهِ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ﴾
“Bəli, Allaha ixlasla üz tutub, yaxşı iş görənin mükafatı Allahın yanındadır. Onun üçün nə qorxu var, nə də qəmgin olacaq.”
Dostları ilə paylaş: |