Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə19/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   15   16   17   18   19   20   21   22   ...   484

Nöqtələr


◘Ayədə ilahi nemətə çatanların yolu doğru yol kimi tanıtdırılır. Bu zümrəni peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlər təşkil edir.1 (Qeyd)Bu ilahi insanların yoluna diqqət, bu yolu getmək arzusu, insanın bu arzunu özünə təlqin etməsi onu əyri yoldan qoruyur. Sonra Allahdan istənilir ki, Allah öz bəndəsini qəzəbinə düçar olub azanların yolundan qorusun.

Quranın nəql etdiyi kimi, Bəni-İsrail nemətə çatan qövmlərdən idi. Amma naşükürlüyünə və inadkarlığına görə qəzəbə düçar olmuşdu.

◘Quranda insanlar üç qismə bölünür: Hidayət nemətinə çatıb sabitqədəm qalanlar, qəzəbə düçar olanlar və azğınlar.

◘Ayədə nemət dedikdə hidayət neməti nəzərdə tutulur. Çünki əvvəlki ayədə hidayətdən söhbət getmişdir. Bundan əlavə, maddi nemətlər kafirlərin və azğınların da ixtiyarında vardır.

◘Hidayət olmuşlar üçün də təhlükə vardır. Ona görə də daim Allaha dua etmək və qəzəbə gəlmişlərin və azmışların yoluna düşməmək üçün kömək istəmək lazımdır.


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin