Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə195/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   191   192   193   194   195   196   197   198   ...   484

Bildirişlər


1. Göylərin və yerin ixtiyarı əlində olan Allahın övlad götürməyə nə ehtiyacı var?!

2. Yalnız varlıq aləminin sahibi qarşısında xüşu və təvazö yerlidir. Bir milçək yaratmaqda aciz olan və kiçik zərəri dəf edə bilməyən zalımların və bütlərin qarşısında təvazökarlıq olmaz.


117. ﴿بَدِيعُ السَّمَاوَاتِ وَالأَرْضِ وَإِذَا قَضَى أَمْراً فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ

Göyləri və yeri var edən Odur. Bir şeyi vücuda gətirmək istədikdə yalnız deyər: “Ol!” O da dərhal vücuda gələr.”


Nöqtələr


◘O bütün mövcudların maliki olmaqdan əlavə, həm də onların xaliqidir. Bu da dərhal və əvvəlcədən plan cızmadan baş verər. Belə bir varlığın övlada nə ehticayı var? Nə vaxt bir şeyi yaratmaq istəsə “ol” deyər, o da dərhal vücuda gələr. Həzrət Rizanın (ə) təbirincə, “Allah öz işində hətta “ol” deməyə də ehtiyaclı deyil. Onun istəməsi ilə yaratması birdir.2 (Qeyd)

◘Bu bir neçə ayədə ilahi qüdrətlə tanış olduq. “Şərq də, qərb də Onun üçündür.” “Göylər və yer Onun üçündür.” “Hamı onun qarşısında təvazökar və mütidir.” “Göyləri və yeri heçdən yaradan Odur.” “Onun fərmanı ilə hər şey vücuda gəlir.”

◘Allah bir anda yaratdığı kimi, bir anda da hər şeyi aradan götürə bilər. Necə ki, “İbrahim” surəsinin 19-cu ayəsində buyurulur: “Allah istəsə, sizi aradan götürüb yerinizə yeni bir xalq gətirər.” Hər şeyin varlığı və yoxluğu əlində olan bir qüdrətə iman insana fövqəladə güc verir, onu ümidsizlikdən uzaqlaşdırır.


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin