◘Digər bir kafir dəstəsindən yenə də yersiz bir istək! Cahil insanlar həzrət peyğəmbərin dəvəti qarşısında belə dedilər: “Nə üçün Allah birbaşa bizim özümüzlə danışmır? Nə üçün bizim özümüzə ayə nazil olunmur?!”
Quran bu sayaq sözlərdən yaranacaq pis təsəvvürün qarşısını almaq üçün və peyğəmbərə təsəlli vermək məqsədi ilə kafirlərin istəklərini çox adi təqdim edir. Bildirilir ki, bu suallar təzə bir şey deyil. Qabaqkı kafirlər də öncəki peyğəmbərlərdən belə tələblər etmişlər. Sonra buyurulur: “Hər iki dəstənin təfəkkür tərzi bir-birinə oxşayır. Amma Biz bu sayaq istəkləri etibarlı və dəyərli saymırıq. Çünki Öz ayələrimizi haqqı axtaranlara yetərincə bəyan etmişik.”
◘Yersiz istəkləri doğuran ya təkəbbür ruhiyyəsidir, ya da cəhalət və nadanlıq. Cahil olmayan insan anlayır ki, vəhy mələyi hər qəlbə nazil olmaz. Hikmət sahibi olan insan qiymətli və dadlı şərbəti hər qaba tökmür. Quranda oxuyuruq: “Əgər saf qəlbli və düz əməlli olsaydınız, sizə fürqan və təmiz bir qüvvə verərdik.”1 (Qeyd)
Dostları ilə paylaş: |