Nöqtələr
◘Öz inadkarlığı və azğınlığına görə məzəmmət olunan yəhudi və məsihilərin müqabilində, digər bir dəstə Allah tərəfindən təriflənir. Onlar səmavi kitaba müraciət edib, İslam peyğəmbərinin (s) zühur və besət əlamətlərini görən və ona iman gətirənlərdir.
◘“Ətyəbul-bəyan” təfsirində bildirilir: Bu ayədə “kitab” dedikdə Quran nəzərdə tutulur. Müraciət olunan tərəf isə Quranı bəyənilmiş şəkildə oxuyub, Peyğəmbərə (s) iman gətirənlərdir. “Əl-mizan” təfsirində də bu məna ehtimal olunmuşdur.
◘“Əl-mizan” təfsirində Quran tilavətinin qaydaları haqqında rəvayət nəql olunmuşdur. Bu rəvayətdə səkkiz nöqtə diqqəti cəlb edir: ayələrin tərtili (oxunuşu); ayələr haqqında düşünmək; ayələrə əməl etmək; ayələrin vədlərinə ümid etmək; pis vədlərdən qorxu; əhvalatlardan ibrət götürülməsi; ilahi əmrlərin icrası; günahların tərki. Rəvayətin sonunda İmam Sadiq (ə) buyurmuşdur: “Tilavət haqqı dedikdə təkcə ayələrin əzbərlənməsi, hərflərin təlimi, qiraət və təcvid nəzərdə tutulmur.” Rəvayətlərə əsasən, Quran tilavətinin haqqını yalnız məsum imamlar əda etmişlər.1 (Qeyd)
Dostları ilə paylaş: |