Bildirişlər
1. Hətta müxaliflərlə insaflı rəftar etmək lazımdır.
2. Tilavət haqqı təkcə gözəl səslə oxumaq, təcvid qaydalarına əməl etmək deyil. İman və əməl də bu haqlardandır.
3. Əqidə məktəbi seçimində yanlışlığa düçar olan kəs əsil ziyankardır.
122. ﴿يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ﴾
“Ey Bəni-İsrail, sizə ruzi etdiyim neməti və sizi başqalarından üstün etdiyimi yada salın.”
123. ﴿وَاتَّقُواْ يَوْماً لاَّ تَجْزِي نَفْسٌ عَن نَّفْسٍ شَيْئاً وَلاَ يُقْبَلُ مِنْهَا عَدْلٌ وَلاَ تَنفَعُهَا شَفَاعَةٌ وَلاَ هُمْ يُنصَرُونَ﴾
“Qorxun o gündən ki, kimsə kimsədən bir şeyi dəf edə bilməz və ondan heç bir əvəz qəbul olunmaz. Heç bir şəfaət ona fayda verməz və (kimsə tərəfindən) kömək almaz.”
Dostları ilə paylaş: |