Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə211/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   207   208   209   210   211   212   213   214   ...   484

Nöqtələr


◘Çoxsaylı ayə və rəvayətlərdən məlum olur ki, Kəbə evi həzrət Adəmin dövründən mövcud olmuşdur. Həzrət İbrahim isə onu bərpa etmişdir. Həzrət İbrahim zövcəsi və oğlunu Məkkədə yerləşdirərkən deyir: “Pərvərdigara, ailəmdən bəzisini bu quru və əkinsiz yerdə, Sənin evinin kənarında sakin etdim. (Qeyd)1 Buna əsasən deyə bilərik ki, həzrət İsmailin südəmərlik dövründə də Kəbədən əsər olmuşdur. “Ali-İmran” surəsində də Kəbə xalqın ilk evi kimi yad olunur. Haqqında danışılan ayədə də evin sütunlarının İbrahim tərəfindən qaldırılmasından danışılır. Ayənin təbirlərindən aydın olur ki, Kəbənin əsasları əvvəlcədən mövcud olmuş, İbrahim və İsmail onları qaldırmışlar. Həzrət Əli (ə) də “Nəhcül-bəlağə”də bu nöqtəyə işarə etmişdir: “Allah həzrət Adəmin dövründən əbədi olaraq bütün xalqı Kəbə və onun daşları ilə sınağa çəkir. (Qeyd)2

◘Həzrət İbrahim və İsmail bu işdə bərabər çalışmırdılar. Həzrət İbrahim bənnalıq edir, İsmail isə atasına daş verirdi. Ola bilər bu ayədə məhz bu səbəbdən o iki şəxsiyyətin adları fasilə ilə gətirilmişdir.



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin