Nöqtələr
◘Həzrət İbarahim və İsmail hər ikisi Allahın zibh əmrini ən ali təslim dərəcəsində yerinə yetirsələr də, yenə də uyğun ayədə Allahdan diləyirlər ki, onları Öz fərmanına təslim etsin. Onlar Allahdan daha böyük təslimçilik və ya təslim ruhiyyəsinin davamını istəyirlər. yalnız Allaha təslim olan kəs nə büt düzəldən əmisinə təslim olur, nə bütlərin qarşısında diz üstə çökür, nə də zalım hakimlərə (tağuta) itaət edir.
Bildirişlər
1. Bugünkü kamilliyinizlə kifayətlənməyin. Allahdan bu kamalın yetkinləşməsi və davamını istəyin.
2. Gələcək nəsil və övladlara diqqət Allahın bəyəndiyi və aqilanə bir uzaqgörənlikdir. Bu xasiyyət insanın baxışının dərinliyindən və batini bir eşq, yanqıdan danışır. Bu sayaq istəklər həzrət İbrahimin dualarında dəfələrlə təkrarlanmışdır.
3. Bəndəliyin yolunu və qaydasını Allahdan öyrənmək lazımdır. Əks təqdirdə insan müxtəlif xürafat və büdrəmələrə düçar olar.
4. İnsanın ruhu təslim olmayınca bəyan olunmuş hökmlər faydasızdır. Burada İbrahim Allahdan əvvəlcə təslim ruhu istəyir, sonra isə ibadət və bəndəliyin yolunu və qaydasını diləyir.
5. Tövbə və qayıdışa ehtiyac, ilahi lütf hər hal və məqamda dəyərdir. Rəvayətdə oxuyuruq ki, həzrət Peyğəmbər (s) gün ərzində yetmiş dəfə istiğfar edirmiş. Halbuki o məsum idi və heç bir günah etməmişdi.
6. Dua qaydalarından biri də Allaha sitayişdir və bu ayədə həmin nöqtə gözə çarpır.
129. ﴿رَبَّنَا وَابْعَثْ فِيهِمْ رَسُولاً مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِكَ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ إِنَّكَ أَنتَ العَزِيزُ الحَكِيمُ﴾
“Pərvərdigara! Onların arasında özlərindən bir peyğəmbər məbus et ki, Sənin ayələrini onlar üçün oxusun, onlara kitab və hikmət öyrətsin və (etiqadi, əxlaqi və əməli fəsadlardan) pak etsin. Həqiqətən, Sən Özün qadir və həkimsən.”
Dostları ilə paylaş: |