Nöqtələr
◘Bu ayədə həzrət İbrahimin digər bir duası yada salınır. Bu dua onun ruhunun fövqəladə əzəmətini, daxili eşq və ixlasını nəzərə çatdırır. Həzrət İbrahim özü böyük ilahi peyğəmbərlərdən olsa da, gələcək nəsli üçün dua edib, onların da arasından peyğəmbərlər çıxmasını istəyir. İslam Peyğəmbərinin (s) belə buyurduğu nəql olunmuşdur: “Mən atam İbrahimin dualarının nəticəsiyəm.
◘İbrahimin duasında təlim təzkiyədən (paklanmadan) qabaq gəlsə də, Allah bu duanın qəbulunda təzkiyəni təlimdən qabaq nəzrədə tutmuşdur. Bununla İbrahimə bildirilir ki, təzkiyə daha dəyərlidir və təlim növbəti mərhələdə dayanır. 1(Qeyd)
Dostları ilə paylaş: |