Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə216/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   212   213   214   215   216   217   218   219   ...   484

Nöqtələr


◘Əvvəlki ayələrdə həzrət İbrahimin məqsədləri və şəxsiyyəti haqqında bəzi nöqtələr bəyan olundu. Bu ayə İbrahimin parlaq çöhrəsini və ayinlərini nəzərdə tutaraq soruşur ki, axmaqlardan başqa kim İbrahimin dinindən üz döndərər?! Həzrət İbrahimin ayinləri o qədər dəyərli idi ki, İslam Peyğəmbəri (s) İbrahim yolunu getməsi ilə fəxr edirdi. İbrahim məntiqdə kafir müxalifini heyrətdə qoyan bir şəxs idi.1 (Qeyd) O, misilsiz şücaəti ilə bütün bütləri birdəfəyə qırıb tökür.2 (Qeyd)Quran onu həlim tanıtdırır və bildirir ki, İbrahim səbir və təvəkküldə nümunədir. O, oda atıldığı vaxt zərrəcə iztirab keçirmir. Onun səxavəti də misilsizdir. Öz qonaqları üçün kök bir dananı kəsib kabab bişirir. Allaha təslimçilikdə də İbrahim nümunədir. O, Allahın razılığı üçün öz körpəsini susuz-otsuz Məkkə biyabanında qoyur və həmin körpə yetkinlik yaşına çatdıqda yenə də Allahın əmri ilə bıçağı bu sevimli gəncin boğazına dirəyir. Bəli, insan yalnız öz ağlını aldatmaqla ilahi dindən üz döndərə bilər.

◘İbrahim öz duasında Allahdan salehlik istəyir.3 (Qeyd)Allah onu duasını qəbul edərək buyurur: “İbrahim axirətdə salehlərdəndir.”

◘Bəşər nəsli üçün əmin-aman bir mərkəz, məsum rəhbər, firavan ruzi və təslim tövfiqi, tövbənin qəbulu, səadət yolu diləyən İbrahim yolunu buraxıb başqa bir yola üz tutanlar səfeh və nadandırlar!

◘Quran dilində həqiqəti görməməzliyə vurub naşükürlük edənlərə səfeh deyilir. Qiblənin dəyişməsi ilə bağlı yersiz bəhanələr gətirdiyi üçün Bəni-İsrail də səfeh adlandırılmışdır. Bir ayə ilə bağlı imamın belə buyurduğu nəql olunur: “Şərab içən səfehdir.” Bəli, şərabxor kəs faydalı və halal içkiləri qoyub, zərərli və haram içkilərdən istifadə edir. Haqq yolu qoyub, əyri yola üz tutanları başqa nə adlandırmaq olar?! Rəhbər və əqidə seçimində düzgün addım atanlar aqildir. Hədisdə oxuyuruq: “Ağıl odur ki, onun vasitəsi ilə Allaha ibadət olunsun. Əks təqdirdə (ağıl adlandırılan) şeytənətdir.



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin