Bildirişlər
1. İnsan tərbiyədə nümunəyə, ideala ehtiyaclıdır. Peyğəmbərlər, şəhidlər, siddiqlər, salehlər bəşəriyyət üçün ən gözəl nümunələrdir. (“Siratəlləzinə ənəmtə ələyhim”)
2. Allahdan insana nazil olan hər bir şey nemətdir. Qəzəbi isə biz özümüz ərsəyə gətiririk.
3. Qəzəbə düçar olmuşlara və azğınlara qarşı izhar olunan nifrət azğın hakimlər qarşısında İslam cəmiyyətinin mövqeyini möhkəmləndirir.
“BƏQƏRƏ” SURƏSİ (Surə 2, ayələrin sayı 286) ﴿بِسْمِ اللهِ الرَّحْـمنِ الرَّحـيمِ﴾
1. ﴿الم﴾
“Əlif, lam, mim”
(Quranın əsrarəngiz müqəttəə hərfləri)
◘Müqəttəə hərflər haqqında müxtəlif fikirlər söylənilmişdir. O cümlədən:
1. Quran əlifba hərflərindən yaradılmış və hamının ixtiyarına verilmiş bir möcüzədir. Əgər bacarırsınızsa, siz də bu hərflərdən möcüzə yaradın.
2. Bu üç hərf uyğun surənin adıdır.
3. Bu hərflər ilahi ismi-əzəmə işarədir.1 (Qeyd)
4. Bu hərflər bir növ ilahi andlardır.2 (Qeyd)
5. Bu hərflər Allah və Onun peyğəmbəri arasındakı sirlərdəndir.3 (Qeyd) Bəzi rəvayətlərə görə bu rəmzlərdən yalnız Allah xəbərdardır.4 (Qeyd)
Amma birinci baxış həqiqətə daha çox uyğun görünür. Çünki Quranın 114 surəsindən 29-u bu hərflərlə başlayır ki, onun 24-ündən sonra Quran və onun möcüzə olmasından danışılır. Bu surədə də müqəttəə hərflərdən sonra Quranın əzəmətinə işarə olunmuşdur.
“Şura” surəsində də “Ha, mim, əyin, sin, qaf” müqəttəə hərflərindən sonra eyni mövzuya işarə olunur: Yenilməz hikmət və qüdrət sahibi olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir. Yəni Allahın vəhyi də həmin hərflərdən istifadə etməklə bildirilir. Quran bu hərflər vasitəsi ilə xalqın ixtiyarına verilir. Allah bu hərflərlə əslində möcüzə olan bir kitab nazil etmişdir. Məgər insan da belə bir kitab hazırlaya bilərmi?!
Bəli, Allah əlifba hərflərindən möcüzə yaratmağa qadirdir. Eləcə də, qadir Allah torpağın köksündən saysız-hesabsız meyvələr, güllər, otlar cücərdir, ən əsası isə, insanı yaradır. Xalqın istedadı isə yalnız kərpic kəsməyə çatır!
2. ﴿ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ هُدًى لِّلْمُتَّقِينَ﴾
“Bu bir kitabdır ki, onun haqq olmasına heç şəkk-şübhə yoxdur. O, müttəqilərə, pəhrizkarlara yol göstərir.”
Dostları ilə paylaş: |