Bildirişlər
1. Söz elm və agahlığa əsaslanmalıdır.
2. Ölüm hamının sorağına gəlir, hətta peyğəmbərlərin də!
3. Həyatın ən həssas məqamı ölüm məqamıdır. Ən həssas məsələ din və əqidə məsələsi, ən həssas müxatəb (xitab olunan) insan nəslidir.
4. Ölüm zamanı moizənin çox dərin təsiri var.
5. Atalar övladlarının dini baxımdan gələcəyinə diqqətli olmalıdırlar. Hətta peyğəmbərlərin də övladları üçün dinsizlik qorxusu var.
6. Bütün peyğəmbərlər Allaha ibadət və Onun qarşısında təslimçiliyi tapşırmışlar.
7. Yalnız Allahın fərmanı qarşısında təslim olaq.
134. ﴿تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُم مَّا كَسَبْتُمْ وَلاَ تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ﴾
“Onlar bir ümmət idilər ki, ölüb getdilər. Onların əldə etdikləri özlərinə, sizin əldə etdikləriniz isə özünüzə aiddir. Onların etdiyi işlərə görə siz sorğuya çəkilməyəcəksiniz.”
Dostları ilə paylaş: |