Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə230/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   226   227   228   229   230   231   232   233   ...   484

Nöqtələr


◘Bu ayə kitab əhlinə bir xəbərdarlıqdır. Onlar əsasız iddialarından əl götürməlidirlər. Onlar deyirdilər: Biz Allaha daha yaxınıq, onun övladlarıyıq və ya əzizləriyik. Bəni-İsrail elə güman edir ki, bütün peyğəmbərlər həmin nəsildən olmalıdır. Onlar dinlərinin və səmavi kitablarının qədimliyinə görə özlərini üstün sayırdılar. Onlara elə gəlirdi ki, Allahın lütfü yalnız onların halına şamildir. Elə bu düşüncələrlə də müsəlmanlarla didişirdilər.

Bildirişlər


1. Bütün bəşəriyyətin ixtiyar sahibi Allahdır. Onun hamıya lütfü var. O istənilən bir nəsildən olan insana xüsusi ətalar edə bilər.

2. Hər kəsin xoşbəxtliyi onun əməllərindən asılıdır. İddia və şüar səmərəsizdir.

3. Allaha yaxınlıq ölçüsü xalisanə ibadət və Allahı şəriksiz bilməkdir.
140. ﴿أَمْ تَقُولُونَ إِنَّ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَـقَ وَيَعْقُوبَ وَالأسْبَاطَ كَانُواْ هُودًا أَوْ نَصَارَى قُلْ أَأَنتُمْ أَعْلَمُ أَمِ اللّهُ وَمَنْ أَظْلَمُ مِمَّن كَتَمَ شَهَادَةً عِندَهُ مِنَ اللّهِ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

Yoxsa deyirlər ki, İbrahim, İsmail, İshaq, Yaqub, Əsbat yəhudi və məsihi idilər? De ki, siz yaxşı bilirsiniz, yoxsa Allah? (Nə üçün həqiqəti gizlədirsiniz?) (Peyğəmbərlər haqqında) ilahi and və şəhadəti Allahın yanında ola-ola gizlədəndən də zalımı kimdir? Allah sizin əməllərinizdən xəbərsiz deyil.”



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin