Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə239/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   235   236   237   238   239   240   241   242   ...   484

Nöqtələr


◘Bu ayə həzrət Peyğəmbərin (s) qiblə ilə bağlı intizarından qaynaqlanır. Həzrət qiblənin dəyişməsini əmr edəcək ayənin intizarında idi. Qiblənin Beytül-Müqəddəsdən Kəbəyə dəyişməsi Allahın Öz peyğəmbərinə vədi idi. Amma həzrət dua zamanı heç bir söz demədən üzünü səmaya tutardı. Nəhayət, ayə nazil oldu və göstəriş verildi ki, həzrət Peyğəmbər (s) və bütün müsəlmanlar ibadət zamanı üzlərini Məscidül- Hərama, Kəbəyə tutsunlar. Bu dəyişmənin həqiqi mahiyyətindən xəbərdar olan kitab əhli bildiklərini gizləməyə çalışdılar. Onlar öz kitablarında oxumuşdular ki, İslam peyğəmbəri iki qibləyə doğru namaz qılar. Onlar müxtəlif təlqinlərlə şübhələr və suallar yaradıb aranı qarışdırırdılar. Allah da öz növbəsində onları hədələyirdi.1 (Qeyd)

◘Həzrət Peyğəmbərin (s) Kəbənin qiblə seçilməsinə razılığının dəlilləri vardır: Bununla yəhudilərin acı tənələrindən, təhqirlərindən, istehzalarından azad olurdular; müsəlmanların istiqlalı süquta yetir, ilk tövhid mərkəzi Kəbəyə diqqət yönəldilirdi. Qiblənin dəyişmə məsələsi mühüm bir hadisə olduğundan ayədə Kəbəyə üz tutmaq barədə iki dəfə göstəriş verilir: Bir dəfə peyğəmbərə xitabən, ikinci dəfə isə bütün müsəlmanlara müraciətlə.



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin