◘“Vichətun” sözünün iki mənası var: Qiblə və yol (üsul). Əgər əksər təfsirçilər kimi bu sözü qiblə kimi mənalandırsaq, ayənin mənası tərcümə etdiyimiz kimi olar. Amma əgər həmin sözü “üsul”, “şivə” kimi mənalandırsaq, ayənin mənası belə olar: Hər bir insan və ya dəstə üçün bir yol var ki, həmin yola çəkilmiş olar və hər kəs bir yolu adlayar. Bu məna “İsra” surəsinin 84-cü ayəsinin mənasına oxşayır.
◘Bəzi təfsirçilər “ayədəki” huvə” əvəzliyinin Allaha aid olduğunu bildirir. Bu halda ayənin mənası belə olur: Hər kəsin Allah tərəfindən təyin olunmuş qibləsi var.
◘Xeyir işdə önə keçmək onun dəyərini artırır. Quranda xeyir iş müxtəlif formalarda təbir olunmuşdur. Peyğəmbərlərin vəsfində buyurulur: “Onlar yaxşılıqda sürət götürürlər.”1 (Qeyd)
◘Bəzi rəvayətlərdə uyğun ayə haqqında deyilir: “Əsrin imamının (ə) zühuru zamanı aşiqləri dünyanın müxtəlif yerlərindən gəlib onun hüzurunda cəm olacaqlar.”2 (Qeyd)
Dostları ilə paylaş: |