◘Quran varlığı iki qismə bölür: qeyb aləmi (qeyb Allaha, mələklərə, məada və həzrət Mehdiyə (ə) aid edilir) və görünən (şühud) aləm. Müttəqilər (pəhrizkarlar) bütün varlığa inanırlar. Başqaları isə yalnız hiss üzvləri ilə duyduqlarını qəbul edirlər. Hətta onlar Allahı gözlə görmək istəyirlər. Onu görə bilmədiklərindən iman gətirmək istəmirlər. Necə ki, bəziləri həzrət Musaya dedilər: “Biz Allahı aşkar görməyincə sənə iman gətirmərik.”1 (Qeyd)
Belələri qiyamət haqqında deyirlər: “Bizim yaşadığımız bu dünyadan savayı bir dünya yoxdur. Ölürük, dirilirik. Bizi fəna edən bu dövrandır.”2 (Qeyd)
Belə fərdlər heyvanlıq səviyyəsindən qalxmamışlar və yalnız hiss üzvlərini tanıma yolu bilirlər. Onlar hər şeyi hiss üzvləri vasitəsi ilə dərk etmək istəyirlər.
◘Müttəqilər qeyb aləminə inanırlar və qəbul edirlər ki, qeyb aləmi bu aləmdən daha üstün və genişdir. İmanın dərinliyində eşq, bağlılıq, təzim, şükür gizlənmişdir. Elmin isə belə səciyyələri yoxdur.
Dostları ilə paylaş: |