Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə251/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   247   248   249   250   251   252   253   254   ...   484

Nöqtələr


◘Allah bəzi ayələrdə buyurur: “Nemətlərimi yad edin.”1 (Qeyd) Bu ayədə isə “Məni zikr edin” buyurulmuşdur. Bunun səbəbi insanların mərifət və tanışlıq dərəcələridir. Allahın zikri şükür üçün zəmindir və ona görə də ilahi zikr şükürdən öndə gəlir. Bu ayə Allahın Öz bəndəsinə olan sonsuz lütfündən danışır. Cəhalət, fəqirlik, fəna kimi xüsusiyyətlərə malik olan insan elə bir lütfə çatmışdır ki, qəni, əbədi, əziz olan Allah ona belə buyurur: “Məni yad et ki, səni yad edim.” Məgər bizim Onu yada salmağımızın nə dəyəri var? Məgər Onu yada salmağımız özü bizə olan tövfiq deyilmi?

◘Allah təkcə dillə yada salınmır. Allahı ürəkdən, qəlbdən yad etmək lazımdır. Gerçək yada salma, zikr odur ki, bu halda günaha yol verilməyə və günahdan əl götürülə. Allah zikrinin ən üstün növü isə namazdır.2 (Qeyd)

◘Şükür özü də Allah zikrinin nümunələrindəndir. Amma onun zikrlə yanaşı adının ayrıca çəkilməsi diqqəti cəlb edir və bu, şükrün əhəmiyyətindən danışır.

◘Allah insanla müamilə edir və insanın heç bir işi qiymətləndirilməmiş qalmır. 3(Qeyd)

◘İmam Baqir (ə) bu ayə haqqında danışarkən bildirir ki, Allah zikrinin növlərindən biri həzrət Zəhranın (s) təsbihatıdır. Bu təsbihat otuz dörd dəfə “Allahu əkbər”, otuz üç dəfə “Əlhəmdulillah”, otuz üç dəfə “Sübhənallah” deyilməsindən ibarətdir.4 (Qeyd)

İlahi zikrin maneələri:

a) Şeytan; Bu barədə Quranda buyurulur: “Şeytan onları Allah zikrindən ayırdı.”5 (Qeyd)

b) Çoxluq tələbi və rəqabətlər ; Quranda oxuyuruq: “Çoxluq tələbi sizin başınızı qatdı.”2 (Qeyd)

v) Arzu və xəyallar; Quranda buyurulur: “Arzu onların başını qatdı.”3 (Qeyd)

Allah zikrinin təsirləri: İlahi nemətlərin yada salınması Allaha mərifət və şükür rəmzidir; Onun sonsuz qüdrətinin xatırlanması Ona təvəkkül rəmzidir; Onun elm və agahlığının zikri bizim həya və təqva rəmzimizdir; Onun lütflərinin xatırlanması Ona məhəbbət rəmzidir; Onun ədalətinin yada salınması Ondan qorxu rəmzidir; Onun yardımlarının xatırlanması Ona ümid rəmzidir.



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin