Bildirişlər
1. Sınaq və imtahan qəti ilahi proqram və qaydadır.
2. Çətinliklər müqavimət və inkişaf səbəbidir. Səbir, riza, təslim, qənaət, zöhd, təqva, helm, fədakarlıq kimi sifətlər çətinliklərlə üzləşmə sayəsindədir.
3. Ayədə nəyin müjdə verildiyi bəyan olunmamışdır. Ona görə də bu müjdə bütün ilahi müjdələri əks etdirir.
156. ﴿الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُواْ إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ﴾
“(Səbirlilər) o kəslərdir ki, onlara bir müsibət üz verdikdə deyirlər: “Biz hamımız Allahınıq və Ona doğru qayıdarıq.”
Dostları ilə paylaş: |