Nöqtələr
◘Səbirlilər özlərini satmaq və başqalarına sığınmaq əvəzində yalnız Allaha pənah aparırlar. Onların nəzərincə, bütün dünya dərs sinifi, sınaq meydanıdır və burada inkişaf etməliyik. Dünya dayanacaq, yuxu, işrət yeri deyil. Çətinlikləri Allahın qəzəbi kimi qəbul etmək olmaz. Çətinliklərin səbəbi odur ki, daha sürətli hərəkət etmək üçün ayağımızın altı yansın. Bu baxımdan acılıqlarda da bir şirinlik var. Çünki bu çətinliklərin ardınca istedadların çiçəklənməsi və ilahi mükafatlardan bəhrələnmə gəlir.
◘Onun tərəfindən olan müsibətlər həqiqi malikin öz mülkü üzərindəki işdir. Allahın həkim və rəhim olduğunu, öz bəndəliyini, əvvəllər bir şey olmadığını, hətta müəyyən mərhələlərdən sonra da zikrə ləyaqətsizliyini anlayan insan1(Qeyd) qəbul edər ki, Allahın ixtiyarında olsun. Bu həqiqətləri bilən insan xatırlayır ki, Allah onu cansız cisimdən bitkiyə, bitkidən heyvana, heyvaniyyətdən insaniyyətə sövq etdirmiş, uyğun çətinlikləri onun inkişafı üçün qərarlaşdırmışdır. Biz buğda dənəsini əzməklə una çevirdiyimiz, yandırmaqla çörəyə döndərdiyimiz kimi, çətinliklər də insanı kamal mərtəbəsinə ucaldır.
◘Səbirlilərin şüarı “inna lillahi və inna iləyhi raciun” şüarıdır. Hədislərdə də tövsiyə olunur ki, çətinlik zamanı bu cümləni oxuyaq.2 (Qeyd) Çətinliklər zamanı bu cümləni demək və Allahı xatırlamaq bir sıra təsirlərə malikdir; insanı küframiz və şikayətli sözlərdən uzaqlaşdırır; insan üçün təsəlli və həmdərdlikdir; şeytani vəsvəsələrə mane olur; haqq əqidənin izharıdır; başqaları üçün dərs və nümunədir.
◘Qarşıya çıxan müsibətə münasibətdə insanlar bir neçə qismə bölünür:
a) Kimi haray-həşir qoparır3(Qeyd);
b) Kimi səbirli, dözümlüdür4(Qeyd);
a) Kimi də səbirli olmaqdan əlavə şükür edəndir.5 (Qeyd)
Bu sayaq rəftarlar insanın müsibətlərdən agahlıq dərəcəsinin nişanələridir. Necə ki, istiotu körpə uşaq yeyə bilmir, gənc adam onun acısına dözür, yaşlılar isə pul verib onu alır.
Dostları ilə paylaş: |