Nöqtələr
İnsanın tanıma mexanizmi hiss və ağılla məhdudlaşmır. Vəhy də tanıma yollarından biridir və müttəqilər ona iman gətirmişlər. Rəhbərsiz insan yol seçimində tərəddüddə qalır. Peyğəmbərlər onların əlindən tutur və məntiq, möcüzə, öz əməli yolları ilə həqiqi səadətə doğru istiqamətləndirirlər.
Bu və bundan əvvəlki iki ayədən məlum olur ki, Allah qarşısında xüşu (namaz), gələcəyə ümid Allahın böyük mükafatlarındandır və təqva nişanələridir.
Bildirişlər
1. Peyğəmbərlər və bütün səmavi kitablara iman zəruridir. Çünki, onların hədəfi birdir.
2. Gerçək təqva axirətə yəqinsizliklə əldə olunmur. (“Bil-axirətihum yuqinun”)
3. Bütün kitablardan öncə Qurana ehtiram zəruridir.
4. İslam Peyğəmbəri (s) son ilahi peyğəmbərdir. “Səndən qabaqkılara nazil olana” ifadəsi həzrət Peyğəmbərin (s) son peyğəmbər olduğunu göstərir.
5. ﴿أُوْلَـئِكَ عَلَى هُدًى مِّن رَّبِّهِمْ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ﴾
“Yalnız onlar öz Rəbbi tərəfindən doğru yoldadırlar. Nicat tapanlar da onlardır.”
Dostları ilə paylaş: |