Nöqtələr
◘Təbiət ünsürləri arasındakı bağlılıq, bu aləmə hakim olan qanunlar yeganə Allahın hakimiyyət, qüdrət və iradəsindən danışır. Yalnız bir hissəsinə bəşəriyyətin əli çatmış səmaların yaranışı və onun daimi genişlənməsi,1 (Qeyd)
istehkam,2 (Qeyd) səmanın yeddi təbəqəsi,3 (Qeyd) hakim nizam,4 (Qeyd)mütənasiblik, onlar arasındakı əlaqə və sütunsuzluq5(Qeyd), onların hifzi6(Qeyd), ulduzların öz orbitində hərəkəti və hər birinin fasiləsi yeganə və həkim olan Allahın qüdrət nişanələridir.
◘Sədi Şirazi deyir:
Yaranış, hər nə var haqqın tədbiri, ,Hara baxırsansa onun əsəri.
Bağlar da, çaylar da zikr edir Onu, Çətin ki, dərk edə bu sirri hamı.
Ağıl heyran qalır salxım şanıya, Yaqut nar giləsi sirdi hamıya.
Ayla günəş, həm də gecəylə gündüz Onun tədbiriylə dövrdə, sözsüz.
◘“Riyah” sözü külək mənasını verən “rih” sözündəndir. Amma Quranda “rih” sözü qəhr və əzab sözü ilə yanaşı işlənmişdir.1 (Qeyd) “Riyah” sözü isə daim yağış və ilahi lütf sözləri ilə yanaşıdır. Hədisdə oxuyuruq: Nə vaxt külək əsirdisə, həzrət Peyğəmbər (s) buyururdu: “Pərvərdigara! Bu küləyi əzab “rihi” yox, rəhmət “riyahı” qərar ver.2 (Qeyd)
Dostları ilə paylaş: |