Nöqtələr
◘İmam Baqir (ə) buyurmuşdur: “Bu ayədəki “dunillah” və “əndad” sözləri bütləri bildirmir. Bu iki söz xalqın Allah kimi sevdiyi sitəmkar və azğınlara işarədir.”3 (Qeyd) Ədəbi baxımdan “yuhibbunəhum” sözündəki “hum” hissəsi əşya yox, insanı bildirir.
◘Kamal və camal sevgisi məhəbbətin köküdür. Möminlər bütün kamillik və gözəllikləri Allahdan görürlər. Ona görə də ən böyük eşqləri Ona ünvanlanmışdır. Möminlərin eşq və məhəbbəti məşuqun ləyaqətinə əsaslanır. Bu eşq heç vaxt soyumur, sönükmür. Müşriklərin eşqi isə xəyala, cəhalətə, təqlidə və boş istəklərə əsaslanır.
Dostları ilə paylaş: |