Nöqtələr
◘Diqqətli olaq ki, rəhbərimiz kimdir, qəlbimizdə kimin eşqinə yer vermişik? Bilək ki, zalım hakimlər və Allahdan qeyriləri bizi öz mənafeləri üçün istəyirlər. Onlar bizim imkanlarımız hesabına öz dünya istəklərinə çatmaq arzusundadırlar. Qiyamətdə isə hamını boşlayıb, ardıcıllarından zara gəlirlər.
Bildirişlər
1. Əql və fitrətdən qaynaqlanmayan eşq və bağlılıq gec-tez soyuyası və ya düşmənliyə çevriləsidir.
2. Məhəbbət itaət zəminəsidir.
3. Gələcəyi düşünmək ağılın tələbidir. Qüdrət sahibi olan və təhlükəli bir gündə bizi himayə edə bilən kəsə məhəbbətli olaq.
4. Bağlılıq və məhəbbətlərin əsassızlıq ölçüsü təhlükəli günlərdə əzab görməkdir.
167. ﴿وَقَالَ الَّذِينَ اتَّبَعُواْ لَوْ أَنَّ لَنَا كَرَّةً فَنَتَبَرَّأَ مِنْهُمْ كَمَا تَبَرَّؤُواْ مِنَّا كَذَلِكَ يُرِيهِمُ اللّهُ أَعْمَالَهُمْ حَسَرَاتٍ عَلَيْهِمْ وَمَا هُم بِخَارِجِينَ مِنَ النَّارِ﴾
“(Həmin vaxt) ardıcıllar deyərlər: “Kaş ki, növbəti dəfə də olaydı (dünyaya qayıdaydıq) ki, bu başçılardan kənarlaşaydıq. Necə ki, onlar (bu gün) bizdən uzaqlaşırlar.” Beləcə, Allah onların həsrət mayası olan əməllərini özlərinə göstərir. Heç vaxt cəhənnəm atəşindən çıxası deyillər.”
Dostları ilə paylaş: |