Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə275/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   271   272   273   274   275   276   277   278   ...   484

Nöqtələr


◘Rəvayətlərin buyurduğuna görə, qiyamətdə çoxsaylı səhnələr və dayanacaqlar var. Onlardan bəzilərində dodaqlara sükut möhürü vurular. Onlar yalnız həsrətli baxışlarla bir-birini süzər və ağlayarlar. Bəzi hallarda bir-birlərindən yardım diləyər, bəzi səhnələrdə fəryad çəkib bir-birlərinə nifrin yağdırarlar. Ayədə oxuyuruq ki, küfr ardıcılları da öz rəhbərlərinə bağlılıq və eşqə görə çox peşman olarlar. Amma artıq iş işdən keçmiş olar və qəlbdə həsrətdən başqa bir şey olmaz. Onlar dillərində deyərlər: Əgər növbəti dəfə qayıtsaq, heç vaxt onlara üz tutmarıq. Bu qədər vəfasız olan və bu gün bizdən uzaqlaşan kəslərdən - dünyaya qayıtsaq - uzaq gəzərik. Onlar həsrət çəkirlər. Amma həsrətlə iş aşmır.

◘Bir çox ayələrdə “xülud” sözü əzab haqqında işlədilmişdir. Bəziləri isə bu sözün “uzun müddət” mənasını daşıdığını bildirirlər. Amma bu ayədəki “və mahum bixaricinə minənnar” cümləsindən aydın olur ki, “xülud” uzun müddət yox, əbədiyyət mənasındadır.

◘Rəvayətlərdə günahkarların qiyamət həsrəti haqqında nümunələr nəzərə çarpır. Məsələn, bəziləri öz varisləri üçün xeyli var-dövlət qoyub, həyatları gedişində xeyir iş görmürlər. Qiyamət günü məlum olur ki, həmin var-dövlətdən yaxşı işə xərcləyən varis savabı da özü əldə etmişdir. Varis pis iş gördükdə isə irs qoyan bu günaha şərik olur.1 (Qeyd) Həsrətin digər bir nümunəsi Əli ibn Əbu-Talibin (ə) rəhbərlik və vilayətini qəbul etməmiş ibadət edənlərin həsrətidir.2 (Qeyd)

◘İnsanın azadlığı var. Əgər belə olmasaydı peşmanlığa, həsrətə, yeni qərar qəbul edilməsinə imkan olmazdı. Peşmanlıq və həsrət onu göstərir ki, başqa cür də hərəkət edə bilərdik. Yeni bir qərar onu göstərir ki, insan öz iradə və ixtiyarı ilə düzgün saydığı yolu seçə bilər.



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin