Bildirişlər
1. İrtica və geri çəkilmək qadağandır. Babaların sünnət və yolu düşüncə və dəlilə əsaslanmırsa, qəbul edilə bilməz.
2. İrqi və milli təəssüblər haqqın qəbul olunmasında maneədir.
3. Ata-babaların dəvətləri və əqidələri gələcək nəsillərə təsir edir.
4. Haqq yol ağıl və vəhy vasitəsi ilə əldə olunur.
5. Təcrübə və biliyin növbəti nəslə ötürülməsi yaxşıdır. Amma xürafatın növbəti nəslə çatdırılması zərərdir.
6. Ağıl bizi vəhyə itaətə sövq edir.
171. ﴿وَمَثَلُ الَّذِينَ كَفَرُواْ كَمَثَلِ الَّذِي يَنْعِقُ بِمَا لاَ يَسْمَعُ إِلاَّ دُعَاء وَنِدَاء صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لاَ يَعْقِلُونَ﴾
“Kafirlər səs və nidadan başqa bir şey eşitməyib çağırılan kəs kimidirlər. Onlar karlar, lallar və korlardır. Bu səbəbdən də düşünmürlər.”
Dostları ilə paylaş: |