Bildirişlər
1.Özünütərbiyə, zöhd, təqva nemətlərdən bəhrələnmə ilə zidd deyil.
2. İslam məktəbində maddiyyat mənəviyyatın müqəddiməsidir.
3. İslam qidalanmada sağlamlıq məsələlərinə diqqətlidir.
4. Xalqın dolanışığını təmin etməmiş və onlara məhəbbət göstərməmiş onlardan umacağınız olmasın.
5. Şükür allahpərəstlik və xalis tövhid nişanəsidir. Əgər insan ruzini öz çalışmaqlarının, sərmayəsinin, bacarığının nəticəsi bilsə, bu işdə Allahın rolunu nəzərdən qaçırar və Ona şükürdən məhrum qalar.
6. Şükür ibadətin aşkar nümunəsidir.
7. Allaha şükür vacibdir.
8. Allahpərəst insan Allahın halal etdiyini özbaşına haram saymır.
173. ﴿إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنزِيرِ وَمَا أُهِلَّ بِهِ لِغَيْرِ اللّهِ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلاَ عَادٍ فَلا إِثْمَ عَلَيْهِ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ﴾
“Həqiqətən, Allah (qeyri-şəri yolla) ölmüş heyvanı, qanı, donuz ətini, Allahdan qeyrisinin adı ilə kəsilənləri haram etmişdir. Amma çarəsiz qalan şəxs həddi aşmadan, ehtiyacı qədərində yesə, onun üçün günah yoxdur. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
Dostları ilə paylaş: |