Nöqtələr
◘Dini həqiqətləri gizlədənlərə münasibətdə bir bu qədər hədə və əzab vədinin bəyan olunmasının səbəbi odur ki, Allah-təala səmavi kitabı çox aydın və səlis şəkildə, dəlillərə istinad edərək nazil etmiş, beləliklə də şəkk-şübhəyə yer qalmamışdır. Bununla belə, insanların bir qismi öz şəxsi mənafelərini qorumaq üçün müxtəlif yozumlara və təhriflərə əl atmış, səmavi kitabın anlaşılmasında ixtilaf yaratmışlar. Onların məqsədi suyu bulandırıb balıq tutmaqdır. Allah bu zümrə haqqında buyurur: “Onlar didişmə və nifaq içindədirlər.”
◘Həqiqəti gizlətmə yollarından biri də ixtilaf yaratmaqdır. Əvvəlki üç ayədə bəyan olunan hədələr haqqı gizlədənlərə ünvanlanmışdı. Bu ayədə, “gizlədənlər çəkişmədədir” əvəzinə “kitabda ixtilaf edənlər çəkişmədədir” buyurulmuşdur. Bu təbirlərdən aydın olur ki, haqqı gizlədənlər elə özləri ixtilaf edənlərdir. Çünki ixtilafa aludə mühitdə xalqın başını qatıb həqiqətləri gizlətmək olur.
Dostları ilə paylaş: |