Bildirişlər
1. İnadkarlıq, cahilanə təəssüb insanı cansız cismə döndərir.
2. Kafirlərin təbliğ yolu qorxutmaqdır. Əgər qorxutmaq və xəbərdarlıq insana təsir etmirsə, müjdə və vədə də təsirsiz olasıdır.
3. Bütün xalqın iman gətirməsi intizarında olmayın.2 (Qeyd)
7. ﴿خَتَمَ اللّهُ عَلَى قُلُوبِهمْ وَعَلَى سَمْعِهِمْ وَعَلَى أَبْصَارِهِمْ غِشَاوَةٌ وَلَهُمْ عَذَابٌ عظِيمٌ﴾
“Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərinin qarşısında pərdə vardır. Onları böyük bir əzab gözləyir.”
Nöqtələr
◘Allah kafirlərin inadkarlığı müqabilində onların qəlbinə bədbəxtlik möhürü vurur. Quranda oxuyuruq: “Allah təkəbbürlü və zalım fərdlərin qəlbini möhürləyir.”3 (Qeyd)Başqa bir ayədə oxuyuruq: “Allah bilərəkdən nəfs istəkləri ardınca gedənlərin qəlbini möhürləyər.”4 (Qeyd)Bəli, ilahi möhür insanın öz pis seçiminin nəticəsidir. Qəlbin möhürlənməsini Allah tərəfindən səbəbsiz bir cəza kimi qəbul etmək olmaz.
◘Quran “qəlb” dedikdə ruh və dərketmə mərkəzini nəzərdə tutur. Bu ilahi kitabda üç növ qəlb haqqında danışılır:
Sağlam qəlb, “münib” qəlb və xəstə qəlb.
Sağlam qəlbin xüsusiyyətləri:
a) Allahdan qeyrisinə yer verilməmiş qəlb1;(Qeyd)
b) Haqq rəhbər ardınca gedən, günahdan tövbə etmiş, haqqa təslim olmuş qəlb2;(Qeyd)
q) Dünya sevgisinə bulaşmamış qəlb3;(Qeyd)
v) Allah zikri ilə aramlıq tapan qəlb4;(Qeyd)
d) Allah uğrunda xaşe, müti qəlb5;(Qeyd)
Möminin qəlbi həm Allahın zikri ilə aramlıq tapır, həm də Onun qəhrindən qorxur6. Möminin halı valideynini görüb aramlıq tapan, həm də onunla hesablaşan körpənin halına bənzəyir.
Xəstə qəlbin xüsusiyyətləri:
a) Allahdan qəflətdə qalıb hidayətə layiq olmayan qəlb7;(Qeyd)
b) Fitnə-fəsad ardınca gəzən qəlb8;(Qeyd)
q) Daşlaşmış qəlb9;(Qeyd)
v) Rəngini dəyişmiş qəlb10;(Qeyd)
d) Möhürlənmiş qəlb11;(Qeyd)
“Münib” qəlbin xüsusiyyətləri:
Öz səhvlərini anladıqdan sonra tövbə edib Allaha doğru qayıdan insanın qəlbi “munib” qəlb adlanır. İnsanın rəftar və danışığındakı dəyişikliklər bu qəlbin bariz xüsusiyyətlərindəndir.
◘Allah Quranda kafirlərin doqquz sifətini bəyan e(Qeyd)tmişdir: inkar12, (Qeyd)təəssüb13(Qeyd), çaşqınlıq14, (Qeyd)bərklik, daşlıq15, ölüm16,(Qeyd) pas17, (Qeyd)xəstəlik18, (Qeyd)darlıq19, (Qeyd)möhür20.(Qeyd)
◘Belə insanın qəlbi dəyişkəndir. Ona görə də möminlər belə dua edirlər: “Pərvərdigara! Qəlblərimizi hidayət etdikdən sonra çaşqınlığa düçar etmə.” İmam Sadiq (ə) buyurmuşdur: “Bu ayəni tez-tez təkrarlayıb, özünüzü azğınlıqlardan amanda saxlayın.”1 (Qeyd)
Dostları ilə paylaş: |