Bildirişlər
1. Ölüm insanın dünya həyatına son qoysa da, vəsiyyət kimi işlər onun əməl naməsini açıq saxlayır.
2. Mal və sərvət düzgün yolda sərf edilərsə, xeyirdir.
3. Vəsiyyətdə irsdən əlavə, valideyn və yaxınlar üçün pay ayrılmalıdır.
4. Vəsiyyət cəmiyyətdə bəyənilmiş adət əsasında olmalıdır.
5. Vəsiyyətin tərk olunması başqalarının haqlarına münasibətdə təqvasızlıq növüdür.
181. ﴿فَمَن بَدَّلَهُ بَعْدَمَا سَمِعَهُ فَإِنَّمَا إِثْمُهُ عَلَى الَّذِينَ يُبَدِّلُونَهُ إِنَّ اللّهَ سَمِيعٌ عَلِيمٌ﴾
“Hər kəs onu (vəsiyyəti) eşitdikdən sonra dəyişsə, bunun günahı yalnız onu dəyişənlərin öhdəsinədir. Həqiqətən, Allah eşidən və biləndir.”
Dostları ilə paylaş: |