Bildirişlər
1. Başqalarının hər hansı vəsiyyəti dəyişməsi haramdır.
2. Mülkiyyət haqqı hətta insanın ölümündən sonra da möhtərəmdir. Vəsiyyəti dəyişməyə kimsənin haqqı yoxdur.
3. Bilərəkdən, qərəzlə edilən günah təhlükəlidir.
4. Vəsiyyət edərkən şahid tutmaq lazımdır.
5. Başqaları vəsiyyəti yerinə yetirməsələr də, vəsiyyət edənlər əvəz alırlar.
6. İnsanın Allah hüzurunda olduğuna inanması təqvanın və vəsiyyəti dəyişməməyin ən üstün amilidir.
182. ﴿فَمَنْ خَافَ مِن مُّوصٍ جَنَفًا أَوْ إِثْمًا فَأَصْلَحَ بَيْنَهُمْ فَلاَ إِثْمَ عَلَيْهِ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ﴾
“Hər kəs vəsiyyət edənin səhvindən və günahından qorxsa və onların arasında islah aparsa, günahkar olmaz. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
Dostları ilə paylaş: |