Bildirişlər
1. Allahın ən böyük cəzası insanın həqiqətləri dərk edə bilməməsidir. (“Xətəməllahu əla qulubihim”)
2. Küfr və mülhidlik qəlb və qulaqların möhürlənməsi səbəbidir.
3. Küfr səbəbindən insanın ən üstün imtiyazı olan haqqın və gerçəkliyin dərki qabiliyyəti ondan alınır.
4. Allahın cəzası bizim əməllərimizə münasibdir. Haqqı bilərəkdən gizlədən insanın cəzası onun gözünə, qulağına, ruhuna və düşüncəsinə pərdə çəkilməsidir. Əslində insan özü özünü bədbəxt edir. İmam Riza (ə) buyurmuşdur: “Qəlblərin möhürlənməsi onların küfrlərinin nəticəsidir.”2 (Qeyd)
8. ﴿وَمِنَ النَّاسِ مَن يَقُولُ آمَنَّا بِاللّهِ وَبِالْيَوْمِ الآخِرِ وَمَا هُم بِمُؤْمِنِينَ﴾
“Xalqın arasında belə deyən bir dəstə var: “Allaha və qiyamət gününə iman gətirmişik.” Halbuki onlar iman gətirməmişlər.”
Dostları ilə paylaş: |