Bildirişlər
1. Ramazanı dəyərli edən həmin ayda Quranın nazil olmasıdır. İnsan da elə dəyərli ola bilər ki, Quran onlara nüfuz etmiş olsun.
2. Hidayətin mərhələləri vardır: biri ümumi mərhələ, digəri xüsusi mərhələ.
3. Ramazan ayının çatmasına əminlik yarandıqda oruc vacib olur.
4. Xəstə və müsafir üçün orucun qəzasını tutmaq vacibdir.
5. Qəza orucu üçün xüsusi bir vaxt təyin olunmayıb.
6. İlahi hökmlərdə onların yüngüllüyü və insanın taqəti nəzərə alınıb.
7. Çətinlik və sıxıntı vacib vəzifələri insanın çiynindən götürür.
8. Qəza orucu üzürlü günlərin sayı qədər olmalıdır.
9. İbadətin yerinə yetirilməsində hidayət və tovfiq Allah tərəfindəndir. Təkbir Allahın uca tutulmasını və Ondan qeyrilərinə diqqətsizliyin göstəricisidir.
10. Oruc, insanın hidayəti və şükür etməsi üçün zəmin yaradır.
186. ﴿وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُواْ لِي وَلْيُؤْمِنُواْ بِي لَعَلَّهُمْ يَرْشُدُونَ﴾
“Əgər bəndələrim səndən Mənim haqqımda soruşsalar, (de ki,) həqiqətən, Mən yaxınam. Mənə üz tutanın duasını Məni çağırdığı vaxt cavablandırıram. Belə isi, Mənim dəvətimi qəbul etməli və Mənə iman gətirməlidirlər. Bəlkə yetkinləşələr.”
Dostları ilə paylaş: |