Bildirişlər
1. Dua hər yerdə və hər zaman faydalıdır. Çünki Allah buyurmuşdur: “Mən yaxınam”. (Müqəddəs yerlərdə dua ilə bağlı qeydlər duanın yalnız həmin yerdə qəbul olması yox, fəziləti bəyan edir.)
2. Allah bizə yaxındır. Bəs biz necə? Əgər bəzən Allahın qəzəbinə düçar oluruqsa, bunun səbəbi günahlara görə ondan uzaq düşməyimizdir.
3. Allah duaları xüsusi vaxtlarda yox, hər zaman qəbul edir. “Ucibu” davam nişanəsidir.
4. Allah hər şeyi bilsə də, bizim vəzifəmiz dua etməkdir.
5. Dua imanla yanaşı olduqda qəbul edilir.
6. Dua inkişaf və hidayət vasitəsidir.
187. ﴿أُحِلَّ لَكُمْ لَيْلَةَ الصِّيَامِ الرَّفَثُ إِلَى نِسَآئِكُمْ هُنَّ لِبَاسٌ لَّكُمْ وَأَنتُمْ لِبَاسٌ لَّهُنَّ عَلِمَ اللّهُ أَنَّكُمْ كُنتُمْ تَخْتانُونَ أَنفُسَكُمْ فَتَابَ عَلَيْكُمْ وَعَفَا عَنكُمْ فَالآنَ بَاشِرُوهُنَّ وَابْتَغُواْ مَا كَتَبَ اللّهُ لَكُمْ وَكُلُواْ وَاشْرَبُواْ حَتَّى يَتَبَيَّنَ لَكُمُ الْخَيْطُ الأَبْيَضُ مِنَ الْخَيْطِ الأَسْوَدِ مِنَ الْفَجْرِ ثُمَّ أَتِمُّواْ الصِّيَامَ إِلَى الَّليْلِ وَلاَ تُبَاشِرُوهُنَّ وَأَنتُمْ عَاكِفُونَ فِي الْمَسَاجِدِ تِلْكَ حُدُودُ اللّهِ فَلاَ تَقْرَبُوهَا كَذَلِكَ يُبَيِّنُ اللّهُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَّقُونَ﴾
“Oruc gecələri zövcələrinizlə yaxınlıq sizə halal oldu. Onlar sizin, siz isə onların libasısınız. Allah sizin özünüzə xəyanət etdiyinizi bilirdi. (Bəzən qadağan olunmuş yaxınlığa yol verirdiniz). Tövbənizi qəbul etdi, (indi) onlarla yaxınlıq edin. Allahın sizin üçün müəyyənləşdirdiyini tələb edin. Ağ sap qara sapdan seçilənədək yeyin, için. Sonra orucu gecəyədək tamamlayın. Məsciddə mötəkif (oruc ağıza ibadət) olduğunuz vaxt zövcələrinizlə yaxınlıq etməyin. Bu, Allahın hədd və hökmüdür. (Təcavüz və günah məqsədi ilə ona yaxınlaşmayın. Allah öz ayələrini xalqa belə aydınlaşdırır. Bəlkə təqvalı olasınız.”
Dostları ilə paylaş: |