Nöqtələr
◘“Tudlu” qabı quyuya buraxmaq, boşlamaq mənasını verir. Bu ayədə qazıya rüşvət verilməsi də ona oxşadılmışdır. “Əmvalun-nas” dedikdə isə həm ümumi, həm də xüsusi mal nəzərdə tutulur. Rüşvət xalqın qeyri-mali haqqının alınması üçün veriləndə də qadağandır.
Rüşvət
Rüşvət bir çox ictimai fəsadlara malik böyük günahlardandır. Ədalətsizlik, zəif təbəqənin ümidsizliyi, zorlularının cürətlənməsi, hakim və qazilərin fəsadı, qarşılıqlı etimadın puça çıxması rüşvətdən doğan fəsadlardandır.
Bu mənfi əsərlər nəzərə alınmaqla rəvayətlərdə rüşvət ciddi şəkildə tənqid olunmuşdur. Həzrət Peyğəmbər (s) həzrət Əliyə xitabən buyurmuşdur: “Ey Əli, ölmüş heyvanı satmaqdan əldə olunan qazanc, it, şərab, zina, rüşvət eynidir və haramdır.”1 Eləcə də, həzrət Əli (ə) “Maidə” surəsinin qırx ikinci ayəsi ilə bağlı buyurmuşdur: “Rüşvətxor o kəslərdir ki, xalqın çətinliyini həll edib, bunun müqabilində hədiyyə alırlar.”2 İmam Sadiq (ə) rüşvəti Allaha qarşı küfr həddində tanıtdırır. Həzrət Peyğəmbər (s) rüşvəti verənə, onu alana və vasitəçilik edənə lənət edərək buyurdu: “Rüşvət sahibinə behişt qoxusu çatmaz.”
Digər bir hədisdə oxuyuruq: Xalqın çətinliklərinə münasibətdə biganə olan hakimdən Allah Öz lütfünü pərdələyər. Xalqın işini görmək üçün hədiyyə qəbul etsə zəncirlənər, əgər rüşvət alsa müşrik olar.”3
Həzrət Əli (ə) rüşvət alan şəxsi vilayət haqqından məhrum sayır.4 Həzrət digər bir yerdə buyurmuşdur: Bütün rüşvət alanlar qorxuya, iztiraba və nigarançılığa düçar oldular.”5
◘Bəziləri öz işlərinə don geyindirmək üçün rüşvətə min bir ad qoyurlar. Kimi onu hədiyyə, kimi də zəhmət haqqı kimi qəbul edir. Əşəs ibn Qeys adlı bir şəxs hədiyyə adı ilə həzrət Əliyə (ə) halva gətirmişdi. O ümid edirdi ki, bu yolla məhkəmədə İmam (ə) onun xeyrinə qərar çıxara. İmam buyurdu: “And olsun Allaha! Əgər yeddi iqlimi mənə bağışlasan ki, arpa qabığını haqsız yerə qarışqanın ağzından alım, bu iş olmayacaq.”6
◘Bir şəxs İslam peyğəmbərinə dedi: “Mən müəyyən işlərin məsuliyyətini daşıyıram. Xalq isə mənim üçün hədiyyələr gətirir. Bu məsələyə münasibətiniz necədir?!” Həzrət onun cavabında buyurdu: “Necə olur ki, bizim işçilərə hədiyyə gətirilir?! Əgər onlar evdə otursaydılar, onlara hədiyyə verilərdimi?!”1
Dostları ilə paylaş: |