Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə33/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   29   30   31   32   33   34   35   36   ...   484

Bildirişlər


1. İman qəlbə aid bir məfhumdur və onun insanın izharı ilə əlaqəsi yoxdur.

2. İmanın əsasını Allah və axirətə inam təşkil edir.

3. Allah insanın batinindən xəbərdardır.
9. ﴿يُخَادِعُونَ اللّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلاَّ أَنفُسَهُم وَمَا يَشْعُرُونَ

Münafiqlər elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Halbuki yalnız özlərini aldadırlar və bunu da anlamırlar.


Nöqtələr


◘“Şüur” “şər” شعر)) kökündəndir və “tük” mənasını daşıyır. Dəqiq, tükü-tükdən seçən insan dərrakə və şüur əhlidir. Bəli, münafiq elə güman edir ki, başqalarını aldadır. Çünki onun düzgün dərrakəsi yoxdur. (“La yəşurun”)

◘Münafiqlərin hiylə və məkri dedikdə, onların Allah hökmlərini və ilahi dini oyuncağa çevirməsi və ya Allahın rəsulunu aldatmaq istəkləri nəzərdə tutulur. Belə ki, Allahın rəsuluna itaət və beyət Allaha itaət və beyətdir.1 (Qeyd)Allahın rəsuluna qarşı hiylə Allaha qarşı hiylə sayıldığından, dinlə bu sayaq məsxərəbazlıq insanın özünü aldatmasıdır. Təsəvvür edin ki, xəstə, həkimin yazdığı dərmanları qəbul etmədiyi halda “qəbul etdim” deyir. Belə bir xəstə həkimi aldatdığını düşünür. Əslində isə onun həkimi aldatması özünü aldatmasıdır.

◘Münafiq İslamla necə rəftar edirsə, İslam da münafiqlə elə rəftar edir. O, İslamı zahirən qəbul etdiyi kimi, İslam da onu zahirən müsəlman sayır. O qəlbən kafir olduğundan Allah onu qiyamətdə kafirlərlə birlikdə məhşur edir.

◘Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə oxuyuruq: “Riyakarlıq Allaha qarşı hiylədir.”2 (Qeyd)

◘Quran bildirir ki, insanın yaxşı və pis əməlləri onun özünə qayıdır. Necə ki, uyğun ayədə buyurulur: “ Dinə qarşı hiylə, Allaha qarşı yox, insanın özünə qarşı hiylədir.” Başqa bir yerdə isə belə buyurulur: “Əgər yaxşılıq etsəniz, özünüzə etmişsiniz, əgər pislik etsəniz, yenə özünüzə etmisiniz.”3 (Qeyd)Digər bir yerdə isə belə buyurulur: “Bəd hiylə yalnız onu quraşdıranı bürüyər.”4 (Qeyd)



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin