Bildirişlər
1. İslamın savaşda məqsədi şirkin, fitnənin aradan qaldırılması, din və ilahi qanunların möhkəmlənməsidir.
2. Yenidənqurmadan qabaq paklama gəlir. Əvvəlcə fitnə aradan qaldırılmalı, sonra ilahi din ortaya qoyulmalıdır. Əvvəl tağutun inkarı, sonra isə Allaha iman!
3. Geri qayıdış və tövbə yolu kimsə üçün və heç bir şəraitdə bağlı deyil. Hətta ən qatı düşmən də yolunu dəyişsə, Allah onu bağışlayar.
4. Əvvəlki ayədə kafirlərin günahlarının bağışlanması haqqında danışıldı. Bu ayədə isə xalqa tapşırılır ki, düşmən savaşdan əl çəkdiyi vaxt siz də savaşdan əl çəkin.
194. ﴿الشَّهْرُ الْحَرَامُ بِالشَّهْرِ الْحَرَامِ وَالْحُرُمَاتُ قِصَاصٌ فَمَنِ اعْتَدَى عَلَيْكُمْ فَاعْتَدُواْ عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ مَعَ الْمُتَّقِينَ﴾
“Haram ay qarşısında haram ay! (Əgər düşmənlər ayın hörmətini sındırsalar və sizinlə döyüşsələr, siz də onlar kimi hərəkət etmək haqqına maliksiniz. Çünki) hörmətlər üçün də qisas var. Kim sizə təcavüz etdi, həmin təcavüz şəklində ona əziyyət verin. Allahdan çəkinin. (Həddi aşmayın) və bilin ki, Allah pəhrizkarlarladır.”
Dostları ilə paylaş: |