◘Beş ayədə ardıcıl olaraq müsəlmanlar dinin müdafiəsi və kafirlərlə mübarizəyə çağırılır. Bu ayə həmin ardıcıllığı infaq və ehsan göstərişləri ilə tamamlayır.
İntihar və insanın özünə zərər vurması qəti şəkildə haramdır. Deyilənləri bu ayə təsdiqləyir. Amma İslam təhlükəyə düşdükdə şəhadət ardınca getmək özünü təhlükəyə atmaq deyil.
◘Bu ayə infaq tövsiyəsi verməklə yanaşı, müsəlmanları istənilən ifratçılıq və təfritçilikdən çəkinməyə çağırır. Əgər sərvətlilər xəsislik göstərib məhrumlar haqqında düşünməsələr, təbəqələrarası ixtilaf günbəgün genişlənəcək. Bu isə cəmiyyətdə partlayışa və nizamın pozulmasına səbəb olacaq. Əgər infaqda orta hədd gözlənilməsə və insan nəyi varsa başqalarına bağışlasa, öz əli ilə özünü və ailəsini fəlakətə aparacaq.
Quran digər ayələrdə də müsəlmanları infaqda orta həddi gözləməyə çağırmış və peyğəmbərə buyrulmuşdur: “Ey Peyğəmbər (s)! Nə əli bağlı qalma ki, bir şey bağışlamayasan, nə də elə olma ki, nəyin var bir yerdən əta edəsən.”1 İmam Sadiq (ə) bu ayə ilə bağlı buyurmuşdur: “Sizin infaqınız elə bir həddə olmamalıdır ki, əliniz boş qalsın və bədbəxtliyə düçar olasınız.”2
◘İnsan sevilmək istəyindədir. Quran insanın bu fitrətinə əsaslanaraq buyurur: "Yaxşılıq et, yaxşılıq edənlər Allahın sevimlisidirlər."
Dostları ilə paylaş: |