Bildirişlər
1. Bütün hərəkətlərin arxasında iqtisadiyyat dayanır. İqtisadi dəstək olmadan cihad da mümkün olmur. Əgər düşmənin hücumu və haqqın müdafiəsi zamanı xalq iqtisadi imkanlarını işə salmasa, məğlubiyyətə düçar olar.
2. Öz infaqınızla özünüzü və mülkünüzü sığortalayın.
3. İslamda cəbhə, savaş və maddi yardımların ilahi rəngi olmalıdır. Bu işlər Allahın razılığı xatirinə həyata keçməlidir.
4. Allahın sevimlisi olmaq ehsan üçün ən üstün təşviqdir.
196. ﴿وَأَتِمُّواْ الْحَجَّ وَالْعُمْرَةَ لِلّهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلاَ تَحْلِقُواْ رُؤُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ فَمَن كَانَ مِنكُم مَّرِيضاً أَوْ بِهِ أَذًى مِّن رَّأْسِهِ فَفِدْيَةٌ مِّن صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ فَإِذَا أَمِنتُمْ فَمَن تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ذَلِكَ لِمَن لَّمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ﴾
“Həcc və ümrəni Allah üçün sona yetirin. Əgər sizin üçün (düşməndən qorxu, xəstəlik) kimi maneələr olsa, qurbanlıq üçün əliniz çatan şeydən (zibh edin və ehramdan xaric olun.) Qurbanlıq qurbangaha çatanadək başlarınızı qırxmayın və əgər bir şəxs xəstələndi və ya başında bir narahatlıq oldusa, oruc, sədəqə və ya qurbanlıq kimi bir kəffarə yerinə yetirsin. (Xəstəlik və düşməndən) amanda olduğunuz vaxt təməttö ümrə əvəzinə həcci başlayıb, əliniz çatan qurbanlıqdan (kəsin). Qurbanlıq tapmayan isə həcc zamanı üç gün, qayıtdıqdan sonra isə yeddi gün oruc tutsun. Bu on gün kamildir. (Əlbəttə,) bu (təməttö həcci), o kəs üçündür ki, Məscidül-Həramda (Məkkədə) sakin deyil. Allahdan çəkinin və bilin ki, Onun cəzası ağırdır.”
Dostları ilə paylaş: |