◘“Rəfəs” cinsi yaxınlıq, “fusuq” yalan, söyüş, pis danışıq, “la vəllah” və “bəla vəllah” mənalarındadır.
◘Ayədə qeyd olunmuş dövr həcc və ümrəyə aiddir. Təməttö ümrəsi şəvval, zilqədə və zilhiccə, həcc isə yalnız zilhiccə aylarında yerinə yetirilir.
Bildirişlər
1. İslami ibadətlərdə zamanın mühüm rolu var.
2. Həcc və Məkkənin səfalı mühiti və fəzasını günaha batmaqla, kin-küdurətlə bulaşdırmaq olmaz.
3. Allahın xəbərdarlığına iman və yəqinlik vəzifələrin icrasında insana sevinc və ümid bağışlayır.
4. Bütün səfərlərdə azuqəyə ehtiyac var. Həcc səfərində ən yaxşı azuqə təqvadır.
5. Təqva düşüncə nişanəsidir.
198. ﴿لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَبْتَغُواْ فَضْلاً مِّن رَّبِّكُمْ فَإِذَا أَفَضْتُم مِّنْ عَرَفَاتٍ فَاذْكُرُواْ اللّهَ عِندَ الْمَشْعَرِ الْحَرَامِ وَاذْكُرُوهُ كَمَا هَدَاكُمْ وَإِن كُنتُم مِّن قَبْلِهِ لَمِنَ الضَّآلِّينَ﴾
“(Həcc zamanı) Allahın fəzli (kəsb və ticarət) ardınca getməkdə sizin üçün günah yoxdur. Elə ki, Ərafatdan köç etdiniz, Məşərül-Həramda Allahı yad edin. Bundan qabaq azdığınız halda sizi hidayət etdiyindən Onu zikr edin.”
Dostları ilə paylaş: |