◘Ərəfat Məkkənin iyirmi kilometrliyində yerləşən yerin adıdır. Zilhiccə ayının doqquzunda günortadan günbatanadək həmin yerdə qalmaq Allah evinin ziyarətçiləri üçün vacibdir. Əgər gün batmamış oradan çıxsalar, bir dəvə cərimə verməlidirlər. “Ərəfat” sözü mərifət sözündəndir və “tanıma yeri” mənasını verir. Həmin yerdə Adəm və Həvva bir-birlərini tanımış və günahlarını etiraf etmişlər. İmam Sadiq (ə) və imam Baqirin (ə) buyurduğuna görə, Cəbrail bu yerdə həzrət İbrahimə demişdir: “Vəzifələrini tanı və dərk et.1
Hədisdə oxuyuruq: Həzrət Mehdi (ə) hər il Ərəfatda olur. Ərəfat torpağı övliyaların ah və göz yaşlarına şahiddir. Rəvayətdə nəql olunur: Ərəfədə qürub vaxtı Allah ziyarətçilərin bütün günahlarını bağışlayar. İmam Hüseyn (ə) və imam Səccad (ə) tərəfindən Ərəfə gününün duaları nəql olunmuşdur. (Ətraflı məlumat almaq üçün müəllifin “Həcc” kitabına müraciət edin.)
◘İslamın kompleks din olması nişanələrindən biri də həcc ibadəti əməlləri ilə yanaşı, maddi ehtiyaclara da diqqət yetirilməsidir. Necə ki, “Cümə” surəsində cümə namazında iştirak göstərişi ilə yanaşı belə buyurulur: “Namaz başa çatdıqdan sonra maaş ardınca gedin.”2
Bəli, həcc ibadətlə yanaşı həm də iqtisadiyyatdır.
İmam Sadiq (ə) buyurmuşdur: “Həccin əsərlərindən biri dünyanın müxtəlif nöqtələrindən gəlmiş müsəlmanlardan cəmiyyət təşkil olunması və müxtəlif təcrübələrin mübadiləsidir. Həcc ticari və iqtisadi müamilələr yeridir.”3
Dostları ilə paylaş: |