◘Məkkə əhlindən bir dəstəsi həcc mərasimi başa çatdıqdan sonra bir məhəldə toplaşıb öz ata-babalarını xatırlayır və qürrələnirdilər. Quran göstəriş verir ki, ata-babalarınızla fəxr etmək əvəzinə Allahı yad edin.1 Əmr olunur ki, Allahın nemətlərini və yardımlarını dilə gətirin və bu işdə ciddi olun.
◘Bir şeyin xatırlanması onun insan düşüncəsinə hakim olması nişanəsidir. Ata-babalarını xatırlayıb onlarla iftixar edən kəs onların düşüncə və əqidəsini qəbul etmişdir. Bu cür xatırlamalar cəmiyyətdə cahil bir mədəniyyəti, əqidəni hakim edə bilər. Ona görə də həzrət Musa (ə) buyurmuşdur: “Mən Samirinin qızıl və dəyərli buzovunu yandırar, külünü dəryaya tökərəm. Çünki onlara tamaşa etmək şirk düşüncəsini insanlarda canlandırır.”
Dostları ilə paylaş: |