Bildirişlər
1. Ləyaqətsiz bir şəxs əgər qüdrətə çatsa, hər şeyi fəsada sürükləyər.
2. Ən böyük təhlükə iqtisadiyyatın və millətin əqidəsinin məhv edilməsidir.
206. ﴿وَإِذَا قِيلَ لَهُ اتَّقِ اللّهَ أَخَذَتْهُ الْعِزَّةُ بِالإِثْمِ فَحَسْبُهُ جَهَنَّمُ وَلَبِئْسَ الْمِهَادُ﴾
“Ona “Allahdan qorx” deyilən vaxt günah sayəsində əldə etdiyi qürur onu götürər. Cəhənnəm odu onun üçün kafidir. Və bu yer necə də pisdir!”
Bildirişlər
1. Təkəbbür əhli heç vaxt başqalarının moizəsinə qulaq asmır. Tarixdə nəql olunub ki, Bəni-Üməyyə xəlifəsi Əbdül-Məlik Mərvan minbərdən Mədinə şəhərinə belə müraciət etdi: “And olsun Allaha, kim mənə təqvalı olmağı əmr etsə, boynunu vuracağam.”1
2. Hakim öyüd-nəsihət qəbul edən şəxs olmalıdır.
3. Günah lovğalıq, qürur və təkəbbür səbəbidir.
4. Cəhənnəmə diqqət qüruru sındıran agahlıqdır.
207. ﴿وَمِنَ النَّاسِ مَن يَشْرِي نَفْسَهُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَاللّهُ رَؤُوفٌ بِالْعِبَادِ﴾
“Xalq arasında elələri var ki, Allahın razılığını əldə etmək üçün canını verir. Allah Öz bəndələrinə qarşı mehribandır.”
Dostları ilə paylaş: |