Bildirişlər
1. Münafiqin sözü gözəldir. O, insanı təəccübə gətirir. Möminin isə əməli dünyanı təəccübləndirir.
2. İsar əhlinin xatirəsini diri saxlayın.
3. Övliyalar yolunda ölüm bir dəyərdir.
4. Ən böyük fayda odur ki, insan ən böyük matah olan canını öz xaliqinə fəda etsin. Özü də bu iş behişt, cəhənnəmdən qurtuluş yolunda yox, yalnız Allah razılığı üçün olsun.
5. Allah yolunda təhlükəyə və canı fəda etməyə hazırlıq bu işin görülməsi kimidir. Ayənin nazil olma şəninə görə, burada o şəxs nəzərdə tutulur ki, hadisə baş verməmiş olsa da, o öz canını təhlükəyə atır.
6. Ən böyük mükafat Allahın mərhəmətidir. Allah hər bir iş müqabilində əvəz müəyyənləşdirmişdir. Bu ayədə isə belə buyurulur: “Allah “rəufdur”.
208. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ ادْخُلُواْ فِي السِّلْمِ كَآفَّةً وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ﴾
“Ey iman gətirənlər! Hamınız sülhə və barışa gəlin. (Allaha mütləq təslim olun,) Şeytanın addımlarına tabe olmayın ki o, sizin aşkar düşməninizdir.”
Dostları ilə paylaş: |