◘Rəvayətlərin bildirdiyinə görə, müxtəlif hadisələrlə müşayiət olunan ən yaxın tarixi hadisələrdən biri Bəni-İsrailin tarixçəsidir. Allah onlara Musa kimi rəhbər, möcüzələr və Öz lütflərini mərhəmət buyurdu. Allah onları Fironun əsarətindən qurtardı. Onların həyatının idarəsi üçün səmavi qanunlar göndərdi. Maddi baxımdan da rifahlı həyatla təmin olundular. Amma onların küfrü, nemətlərin dəyişməsi elə bir həddə çatdı ki, Harunu qoyub Samiriyə tabe oldular. Onlar Allaha pərəstiş etmək əvəzinə Samirinin buzovuna pərəstiş etməyə başladılar. Nəhayət, Allah onların haqqında qəti hökmünü verdi.1 Belə rəftarları səbəbindən Allahın qəzəbinə düçar oldular.2
◘Allahın sabit qanunlarından biri budur ki, istər müsəlman, istər qeyri müsəlman bir millət Allahın nemətlərini dəyişsələr, Onun qəzəbinə düçar olmalıdırlar. Necə ki, bu günkü dünyamızda elmi tərəqqidən mənfi yönümdə istifadə olunduğu üçün dünya oda çəkilmişdir.
Dostları ilə paylaş: |