Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə360/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   356   357   358   359   360   361   362   363   ...   484

Bildirişlər


1. Tarixi araşdırma və ibrət götürmək zəruridir.

2. Nemətlər məsuliyyət gətirir, tənbəllik isə cəza!


212. ﴿زُيِّنَ لِلَّذِينَ كَفَرُواْ الْحَيَاةُ الدُّنْيَا وَيَسْخَرُونَ مِنَ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ اتَّقَواْ فَوْقَهُمْ يَوْمَ الْقِيَامَةِ وَاللّهُ يَرْزُقُ مَن يَشَاء بِغَيْرِ حِسَابٍ

Dünya həyatı kafirlərin gözündə cilvələnmişdir. Ona görə imanlıları məsxərəyə qoyurlar. Halbuki möminlər və təqvalılar qiyamət günü onlardan üstündürlər. Allah istədiyi kəsə saysız ruzi mərhəmət edir.”


Nöqtələr


◘Bu ayə həm kafirlərə xəbərdarlıq edir ki, dünya bərbəzəyinə uymasınlar və möminləri məsxərəyə qoymasınlar. (Çünki səhnələrin dəyişəcəyi qiyamət var), həm də möminlərə təsəlli verir ki, kafirlərin məsxərəsindən peşman olmasınlar və gələcəyə ümid bağlasınlar.

Bildirişlər


1. Küfr insanın gözündə dünyanı cilvələndirir. Bəli, dünya o kəslər üçün cilvələnir ki, qiyamətin sonsuz lütf və nemətlərinə etiqadsızdırlar. Möminin nəzərində isə behişt dünya ilə müqayisəyə gəlməz!

2. Dünyapərəstlik başqalarının təhqirinə və onlara istehza edilməsinə səbəb olur.

3. Yoxsulların məsxərəyə qoyulması dünya əhlinin daimi səciyyəsidir. (Felin gələcək zaman forması davam nişanəsidir.)

4. Qiyamətdə üstünlük o möminlərə məxsusdur ki, kafirlərin zəhərli sözləri onların təqvasını sındıra bilməmişdir.

5. Hesabsız ruzi ilahi ruhun nişanəsidir. Bu o demək deyil ki, Allah hesab çəkmir və ya bölgünü hikmətlə aparmır.
213. ﴿كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُواْ فِيهِ وَمَا اخْتَلَفَ فِيهِ إِلاَّ الَّذِينَ أُوتُوهُ مِن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْ فَهَدَى اللّهُ الَّذِينَ آمَنُواْ لِمَا اخْتَلَفُواْ فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِهِ وَاللّهُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

İnsanlar (başlanğıcda) vahid ümmət və əlbir idilər. (Onların arasında çəkişmə yox idi. İxtilaflar sonradan meydana çıxdı.) Allah peyğəmbərləri müjdə gətirən və qorxudan qərar verdi. Onlara haqq olaraq səmavi kitab nazil etdi ki, xalq arasında ixtilaflı məsələlərdə hökm versinlər. Bu kitaba münasibətdə yalnız həmin kitab göndərilənlər müxaliflik etdilər. Bu da onlara aşkar dəlil gəldikdən sonra baş verdi. (Səbəb) aralarındakı həsəd idi. Allah iman gətirənləri Öz istəyi ilə ixtilaflı məsələlərin həqiqətinə hidayət etdi. (Amma imansızlar hələ də azğınlıq və ixtilafda qalmışlar.) Allah istədiyi kəsi doğru yola hidayət edər.”



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   356   357   358   359   360   361   362   363   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin