Nöqtələr
◘Bu ayədən məlum olur ki, insanlar ilk öncə sadə və bəsit bir həyat yaşamışlar. Amma zaman keçdikcə say çoxalmış, baxışlarda fərq və ixtilaflar meydana çıxmışdır. Bəzi rəvayətlərdə haqqında danışılan zaman, Nuhdan əvvəlki dövrə aid edilmişdir. Həmin vaxt xalq sadə və bəsit bir həyat tərzi yaşamışdır. Onlar qəflət içərisində ömür sürmüşlər.1 Sonra insanlar təbii mənbələrdən faydalanmağa başlamış, biri o birini işə götürərək həmin şəxsin imkanlarından bəhrələnmişdir. Beləcə, ixtilaflar və təbəqələr meydana gəlmişdir. Mövcud ixtilafları həll edəsi möhkəm və ədalətli qanunlar ictimai həyatın zərurətlərindəndir. Allah-təala peyğəmbərləri ixtilafların həlli, çəkişmələrin aradan götürülməsi üçün məbus etdi. Bu məqsədlə səmavi kitablar nazil edildi. Amma bəziləri bilərəkdən, inadkarlıq səbəbindən peyğəmbərlərin müjdə və qorxutmasına qarşı müqavimət göstərib öz-özünə digər ixtilaflar yaratdılar. Amma Allah öz lütfü ilə hidayəti qəbul edənləri doğru yola yönəltdi. Həsəd və ya zülm səbəbindən haqqa qarşı çıxanlar isə öz cəzalarını almaq üçün özbaşına buraxıldılar.
◘Quran insanları peyğəmbərlərin hakimliyi və ilahi qanunları qəbul etməməyə yönəldən inadkar ixtilafları tənqid edir. Bununla belə, nəhayətdə ədalətə təslimçiliklə sonuclanan ixtilafın eybi yoxdur. Belə bir ixtilaf ədaləti təmin edən tərəzinin bir-birinə zidd hərəkət edəndir və gözləri kimidir.
Dostları ilə paylaş: |