Nöqtələr
◘“Bəsa” insana xaricdən hücum çəkən çətinliklərdir. Məsələn, savaş, oğruluq. “Zərra” isə xəstəlik, yara kimi daxili çətinliklərdir.
◘Ayədə keçmişdəki möminlərin çətinliklər qarşısındakı dözümü yada salınır və müsəlmanlara təsəlli verilir. Çətin hadisələr ilahi sınaqdır. Mala və cana aid olan bəlalar hamısı insanın tərbiyəsi üçündür.
Hər bəlada əta var, görə bilsən, Bir səfa başlayır qurtaranda qəm.
Hər əziyyət altda yatmış xəzinə, Baxsan gül görünər tikanlar sənə.
◘Həzrət peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir: Behişt çətinliklərlə hörülmüşdür.1 Digər bir rəvayətdə belə nəql olunur: “Möminlər üçün dünya çətinlikləri elə bir mükafatdır ki, başqaları deyərlər: “Ey kaş, bu çətinliklər daha ağır halda bizim üçün olaydı.”2 Bəli, çətinlik inkişaf, Allaha yaxınlıq amili və behiştə giriş yoludur.
Xəzinə tapmadı tər axıtmayan, Çatdı öz haqqına, kim ki, verdi can.
◘Duanın gec qəbul olunması sizi tərəddüdə salmasın. Allah dəfələrlə belə bir vəd vermişdir: Peyğəmbərlərə və Bizim bəndələrimizə hökmən yardım olunar.”1 Başqa bir ayədə oxuyuruq: Allah yazmışdır ki, Mən və rəsullarım qalibik.”2 Hər halda Allah qələbə vədi vermişdir. Müəyyən səbəblərdən vədlər təxirə düşə bilər. Amma bu təxir kimsəni tərəddüdə salmamalıdır.
Dostları ilə paylaş: |