Nöqtələr
◘Bu ayədə “xeyir” sözü iki dəfə işlədilmişdir: Biri xeyir infaq, digəri xeyir iş. Məlum olur ki, hətta pulu olmayanlar xeyir əməllə məqsədlərinə çata bilərlər.
◘Hədisdə oxuyuruq: “Qohumlar ehtiyaclı olduğu halda başqalarına sədəqə növbəsi çatmaz.”3
İnfaqda əhəm və mühüm qaydalarına riayət olunur, kamil məlumat və mərhəmət ölçüləri nəzərə alınır.
◘İnfaq beş növdür:
1. Vacib infaq; məsələn: zəkat, xüms, kəffarə, fidyə, kişinin öhdəsində olan dolanışıq nəfəqəsi.
2. Müstəhəb infaq; məsələn, miskinlərə, yetimlərə kömək, dostlara hədiyyə.
3. Haram infaq; məsələn, qəsbi maldan infaq və ya günah yolda infaq.
4. Məkruh infaq; məsələn qohumlar arasında ehtiyaclı olduğu halda başqalarına infaq.
5. Mübah infaq. Başqalarının həyat şəraitini yaxşılaşdırmaq üçün edilən infaq. (Çünki fəqirliyi aradan qaldırmaq üçün edilən infaq vacib və müstəhəbdir.)
Dostları ilə paylaş: |